Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Sentyabr 2013 - №37

 

Amerika-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə işgüzar görüş keçirilib

 

Böyütmək üçün şəkili seçinSentyabrın 26-da Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə "Hyatt Regency" otelinin "Quba" zalında işgüzar görüş keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, AMCHAM-ın prezidenti İlqar Vəliyev, ölkəmizdə fəaliyyət göstərən şirkət və biznes qurumlarının nümayəndələri iştirak etmişlər.

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov tədbir iştirakçılarını salamlamış, təhsil sahəsi ilə biznes dünyası arasındakı əlaqələrin perspektiv inkişafına dair fikirlərini bildirmişdir. Nazir qeyd etmişdir ki, təhsilin bütün pillə və səviyyələr üzrə inkişafı Təhsil Nazirliyinin qarşısında duran əsas vəzifələrdəndir. İnsanların gələcək professional karyera qurması üçün əlverişli zəmin yaradılması təhsil sisteminin prioritet hədəfləri sırasındadır. Bunun üçün təhsil müəssisələri ilə biznes qurumları arasında əlaqələrin genişləndirilməsi olduqca əhəmiyyətlidir. Biznes dünyası sosial məsuliyyətlilik prinsiplərinə sadiq qalaraq gənclərin gələcək professional inkişafına dəstək vermək məsələsində də fəal olarsa, daha yaxşı nəticələr əldə etmək mümkündür.

Nazir təhsil müəssisələrinin fəaliyyətinin əsasən nəzəri biliklər, biznes qurumlarının isə təcrübə qazanmaq baxımından əhəmiyyətinə toxunmuş, yalnız nəzəriyyə ilə praktikanın vəhdətinin uğura apardığını bildirmişdir. AMCHAM üzvləri olan biznes qurumlarını tələbələrə təqaüd verilməsi, yay təcrübə proqramlarının təşkili məsələlərində xüsusilə fəal olmağa səsləyən təhsil naziri tələbələrin təlim imkanlarının artırılması, işləməsi və məzun olduqdan sonra məşğulluğunun təmin olunması prosesinin dəstəklənməsi təşəbbüsü ilə çıxış etmişdir.

Təhsil Nazirliyinin ilk peşə-ixtisas təhsilinin müasir tələblər səviyyəsində inkişafına nail olmaq üçün kompleks tədbirlər həyata keçirdiyini bildirən nazir bu baxımdan Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirildiyini söyləmişdir. Təhsil naziri demişdir ki, ilk peşə-ixtisas təhsili sahəsində qabaqcıl təcrübəyə malik bir sıra ölkələrlə əməkdaşlığın nəticəsi olaraq peşə təhsili müəssisələrində mühüm yeniliklərin tətbiqinə başlanmışdır. Təhsil Nazirliyi biznes dünyasının da bu layihələrə qoşulmasının və texniki-maliyyə dəstəyi verməsinin tərəfdarıdır.

Biznes qurumları ilə əməkdaşlığa cəlb olunmuş insanların, ilk növbədə, təhsilinə yardım edilməsi ənənəsinin genişləndirilməsinin əhəmiyyətinə toxunan nazir onu da qeyd etmişdir ki, nazirlik biznes qurumlarından gələn təşəbbüsləri dəstəkləyir və hər zaman qarşılıqlı əməkdaşlığa hazır olduğunu bildirir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov