Sentyabrın 24-də Azərbaycan Respublikasının təhsil
naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin
ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Salem
Xalifə Əl Eqfeli və Macarıstan Respublikasının
ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Jolt
Çutora ilə ikitərəfli görüşlər keçirmişdir.
Hər iki görüş zamanı ölkələrimiz arasında təhsil
sahəsində əməkdaşlığın cari vəziyyəti və ikitərəfli
əlaqələrin genişləndirilməsi məsələləri müzakirə
edilmişdir. |