Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Sentyabr 2013 - №37

 

"Mərkəzi-Şərqi Avropa ölkələrində təhsilin mövcud vəziyyəti" mövzusunda "dəyirmi masa"

 

Sentyabrın 26-da təhsil naziri Mikayıl Cabbarov Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin "Mərkəzi-Şərqi Avropa ölkələrində təhsilin mövcud vəziyyəti" mövzusunda "dəyirmi masa"nın açılış mərasimində iştirak etmişdir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçılarını salamlayan təhsil naziri ölkəmizin sürətli inkişafının davamlılığının təmin edilməsində insan kapitalının rolundan danışmışdir. Təhsil naziri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü "qara qızılın insan kapitalına çevrilməsi" fikrinin fəaliyyət proqramı kimi qəbul edildiyini vurğulamışdır.

Təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislər hazırlamaq imkanlarının ölkənin rəqabətliliyinə birbaşa təsir etdiyini bildirən nazir bunun milli təhlükəsizlik məsələsi kimi qəbul edilməli olduğunu söyləmişdir. Təhsil naziri qeyd etmişdir ki, təhsil sistemi mütəxəssisləri mövcud imkanlar səviyyəsində deyil, tələb olunan səviyyədə hazırlamalıdır.

Daha sonra nazir təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlərin yaradılması, bütün təhsil pillələri üzrə adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi, təhsildə idarəetmənin təkmilləşdirilməsi, bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinin yaradılması, təhsil müəssisələrinin müstəqilliyinin artırılması, təhsil sahəsində müasir qiymətləndirmə sisteminin yaradılması məsələlərindən söhbət açmışdır. Peşə təhsilinin infrastrukturunun əsaslı şəkildə müasirləşdirilməsinin zəruriliyinə toxunan təhsil naziri müəllim hazırlığının keyfiyyətinin artırılmasının, nəticəyə əsaslanan diferensial əməkhaqqı və mükafatlandırma sisteminin tətbiqinin nəzərdə tutulduğunu bildirmişdir.

Azərbaycanda həyata keçirilən təhsil islahatlarının gedişi barədə qonaqlara məlumat verən nazir dünyanın istənilən ölkəsində təhsilin ən həssas və əhəmiyyətli sahələrdən biri olduğunu nəzərə çatdırmışdır. Təhsil naziri bütün dünyada təhsil sahəsi üzrə qarşıya çıxan problemlərin əksər hallarda oxşarlığını nəzərə alaraq, "dəyirmi masa" iştirakçılarını yalnız problemləri deyil, həmçinin onların mümkün həlli yollarını da müzakirə etməyə, müvafiq təklif və tösiyələrini bir-biri ilə paylaşmağa çağırmışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov