Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Sentyabr 2013 - №37

 

"İnformasiya texnologiyalarının nailiyyətlərindən gənclərin düzgün bəhrələnməsi" layihəsinə start verilib

 

Dünya Azərbaycanlı Gənclər Birliyinin tərəfdaşlığı ilə "İnformasiya texnologiyalarının nailiyyətlərindən gənclərin düzgün bəhrələnməsi" adlı layihəyə start verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşdırılan layihənin məqsədi region gənclərinin İKT sahəsində düzgün istiqamətdə maarifləndirilməsi və beynəlxalq təcrübəni öyrənərək ondan effektiv bəhrələnmə işinin aparılmasıdır.

Hazırda dünyada informasiya cəmiyyətinə keçid dövründə əsas məsələlərdən biri də İKT nailiyyətlərindən səmərəli istifadə və onun gənclərin gələcək həyatına təsiridir.

Bu sahədə peşəkar olan insanların regionlarda gənclərlə görüşünün təşkilini və onlarla İKT-dən beynəlxalq təcrübəyə əsaslanaraq səmərəli maarifləndirmə işinin aparılmasını nəzərdə tutan layihə Azərbaycanın 3 regionunda - Lənkəran, Ağstafa və Şəkidə həyata keçiriləcək. 

Samirə KƏRİMOVA 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov