Sentyabrın 23-də Azərbaycan Texniki Universitetində
respublikamızda mühəndis hazırlığının Boloniya prosesi
tələblərinə uyğunlaşdırılması istiqamətində
reallaşdırılan TEMPUS layihəsi çərçivəsində konfrans
keçirildi.
Tədbirdə AzTU-nun, Azərbaycan Dövlət Neft
Akademiyasının, Sumqayıt Dövlət Universitetinin
əməkdaşları və cari dərs ilində elektroenergetika,
proseslərin avtomatlaşdırılmış mühəndisliyi ixtisasları
üzrə bu ali məktəblərə qəbul olunmuş birinci kurs
tələbələri iştirak edirdilər.
Konfransda AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru,
professor Mustafa Babanlı universitetin TEMPUS
layihəsində iştirakı ilə bağlı geniş məlumat verərək
layihə çərçivəsində növbəti mərhələdə görüləcək işlərdən
danışdı.
Almaniyanın Köln Tətbiqi Elmlər Universitetinin
əməkdaşı, TEMPUS layihəsinin əlaqələndiricisi, professor
Rza Talibi Dəryani layihənin yaranmasından və
uğurlarından söz açdı.
Sonra çıxış edən TEMPUS layihəsinin Azərbaycan üzrə
rəhbəri Pərviz Bağırov, Təhsil Nazirliyinin xarici
əlaqələr şöbəsinin sektor müdiri İlham Hümbətov və
fakültələrin dekanları layihənin məqsəd və
əhəmiyyətindən danışdılar.
Hicran ƏKBƏROVA |