Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Oktyabr 2013 - №38

 

Xətai rayonunda akademik Zərifə Əliyeva adına uşaq bağçası üçün tikilmiş yeni binanın açılışı olub

 

Böyütmək üçün şəkili seçinOktyabrın 1-də Bakının Xətai rayonunda akademik Zərifə Əliyeva adına uşaq bağçası üçün tikilmiş yeni binanın açılışı olmuşdur.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılış mərasimində iştirak etdilər.

Azərbaycanın birinci xanımına məlumat verildi ki, yüksək standartlara uyğun inşa olunmuş bağçanın həyətində uşaqların istirahəti üçün yüksək şərait yaradılmışdır. Burada köşklər, yay amfiteatrı, yelləncəklər, batut və digər əyləncə vasitələri qurulmuşdur. Hər iki binanın ayrıca girişi vardır. Bina "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC tərəfindən inşa edilmişdir.

Sonra birinci xanım Mehriban Əliyeva və Arzu Əliyeva bağçanın rəmzi açılışını bildirən lenti kəsdilər.

Heydər Əliyev Fondunun prezidentinə məlumat verildi ki, bağça mərkəzləşdirilmiş nəzarət kameraları ilə təchiz olunmuşdur. Binanın foyesində akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun həyata keçirdiyi layihələri əks etdirən xüsusi guşə yaradılmışdır.

Böyütmək üçün şəkili seçinAzərbaycanın birinci xanımı bağçada uşaqlar üçün yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, müxtəlif yaşlı 8 qrup üçün nəzərdə tutulan bağçada yataq, yemək, dərs, musiqi, rəsm, əl işləri, kompüter, tibb və müəllimlər otaqları mövcuddur. Otaqlardakı ekoloji cəhətdən təmiz materiallardan hazırlanan yataq dəstləri, oyuncaqlar və dərs ləvazimatları bütün sanitar-gigiyenik norma və standartlara cavab verir.

Heydər Əliyev Fondunun prezidentinə məlumat verildi ki, bağçada uşaqların asudə vaxtlarının təşkili, eyni zamanda, əylənmələri üçün hovuz, idman, oyun və müxtəlif tədbirlərin keçirilməsi üçün zallar vardır. Bağçanın divarlarını uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri bəzəyir. Burada uşaqların təlim-tərbiyəsi üçün hər cür şərait vardır.  

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov