Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Oktyabr 2013 - №38

 

18 nömrəli Bakı Peşə Liseyində "Bərbər" ixtisası üzrə tədris emalatxanası açılıb

 

Böyütmək üçün şəkili seçinOktyabrın 2-də 18 nömrəli Bakı Peşə Liseyində "Bərbər" ixtisası üzrə tədris emalatxanası açılmışdır.

Açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, "Eldar studio" şirkətinin rəhbəri Eldar Məmmədov, təhsil müəssisəsinin kollektivi və şagirdlər iştirak etmişlər.

Təhsil Nazirliyi və "Eldar studio" şirkətinin dəstəyi ilə Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində yaradılmış tədris emalatxanasında "Bərbər" ixtisası üzrə müasir tələblərə cavab verən mütəxəssislər hazırlanacaqdır.

Tədris emalatxanası yeni texnologiyalar və avadanlıqlarla təchiz edilmiş və şagirdlərin öz ixtisaslarını mükəmməl mənimsəməsi üçün hər cür şərait yaradılmışdır. Emalatxananın dizaynında da şagirdlərin seçdikləri peşəyə daha tez uyğunlaşması üçün lazım olan zəruri amillər nəzərə alınmışdır.

Yekun imtahan zamanı şagirdlərin əldə etdikləri bilik və bacarıqların yeni üsulla qiymətləndirilməsi nəzərdə tutulmuşdur. Belə ki, yekun imtahanda şagirdlərin nəzəri bilikləri ilə yanaşı, həm də praktiki bacarıqlarının yoxlanılması nəzərdə tutulmuşdur.

Ümumiyyətlə, müvafiq istiqamətdə aparılan islahatlar ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasını təmin etməyə yönəlmişdir. Həyata keçirilən pilot layihələrin nəticələrinin digər peşə məktəblərində bir model kimi tətbiq olunması nəzərdə tutulmuşdur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov