Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Oktyabr 2013 - №38

 

Azərbaycan Diplomatik Akademiyasının Niderlandın Maastrixt Menecment Məktəbi ilə birgə həyata keçirdiyi proqramın açılışı olub

 

 Azərbaycan Diplomatik Akademiyasının (ADA) Niderlandın Maastrixt Menecment Məktəbi ilə birgə həyata keçirdiyi "Ekzekyutiv MBA" proqramının açılış mərasimi olmuşdur.

ADA-dan AzərTAc-a bildirilmişdir ki, mərasimdə akademiyanın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev, Niderlandın Azərbaycandakı səfiri Robert Qabrielse, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, təhsil nazirinin müavini Ceyhun Bayramov və Maastrixt Menecment Məktəbinin dekanı Vim Naude çıxış etmişlər.

Tədbirdə ADA-nın və Maastrixt Menecment Məktəbinin tarixi, strukturu, hədəfləri haqqında məlumat verilmiş, tələbələr kampusla, universitetlərin qiymətləndirmə sistemləri ilə tanış olmuşlar.

Bildirilmişdir ki, modullarla tədris olunan bu proqram minimum dörd illik iş təcrübəsi olan peşəkarlar üçün nəzərdə tutulmuşdur. Dərslər həm ADA-nın, həm də Maastrixt Menecment Məktəbinin professorları tərəfindən Bakı və Maastrixt şəhərlərində tədris ediləcəkdir. Proqramın sonunda məzunlar hər iki ali təhsil müəssisəsinin beynəlxalq akkreditə olunmuş diplomu ilə təltif ediləcəklər.

Proqram çərçivəsində təhsil alacaq ilk qrup akademik və peşəkar təcrübəsi olan 30 nəfərdən ibarətdir. Orta yaş həddi 33 olan qrupda orta iş təcrübəsi 10 ildir. Proqram çərçivəsində təhsil alacaq azərbaycanlı tələbələrin əksəriyyəti Xaricdə Təhsil Proqramı tərəfindən maliyyələşdirilir.

Xatırladaq ki, ADA ilə Maastrixt Menecment Məktəbi arasında anlaşma memorandumu 2012-ci ilin sentyabrında Azərbaycan-Niderland Biznes Forumu çərçivəsində imzalanmışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov