Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Oktyabr 2013 - №38

 

Pedaqoji təcrübəyə həsr olunmuş konfrans

 

Naxçıvan Özəl Universitetində pedaqoji fakültənin əyani şöbə üzrə IV kurs tələbələrinin 2013-2014-cü tədris ilinin birinci yarısında keçəcəkləri pedaqoji təcrübəyə həsr edilmiş konfrans keçirilib.

Konfransda tədris və elmi  işlər üzrə prorektor, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli çıxış edərək pedaqoji təcrübə haqqında ətraflı məlumat verib. Təcrübə rəhbərlərinin üzərinə düşən öhdəliklər, tələbələrin dərsə davamiyyəti, onların nizam-intizamı, dərslərin keçirilməsi və digər məsələlərlə bağlı öz tövsiyələrini verən İ.Kazımbəyli həm də orta ümumtəhsil məktəblərində keçirilən müxtəlif mədəni-kütləvi tədbirlərdə də fəal iştirakın zəruriliyini bildirib.

Pedaqogika və psixologiya  kafedrasının müdiri Solmaz Həsənli çıxış edərək tələbələrin təcrübə müddətində bütün qaydalara əməl etmələri, psixoloji müşahidənin aparılması qaydası ilə bağlı ətraflı məlumat verib və pedaqoji təcrübənin  qarşısında duran əsas vəzifələrdən biri olan  universitetdən orta məktəbə aparılan yeniliklərin əhəmiyyətindən bəhs edib. Eləcə də şagirdlərin xarakterik xüsusiyyətləri ilə yaxından tanış olmağın əhəmiyyəti vurğulanıb.

Sonda "Pedaqoji təcrübənin təşkili, keçirilməsi və hazırlanacaq sənədlər"lə  bağlı məlumatları universitetin təcrübə üzrə metodisti Azər Əliyev konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Xarici dil, tarix və riyaziyyat-informatika ixtisasları üzrə təhsil alan tələbələr Heydər Əliyev adına orta məktəbdə və Ə.Ağayev adına  8 nömrəli orta məktəbdə 4 həftə müddətində pedaqoji təcrübə keçəcəklər. 

Nuray ƏSGƏROVA,
Naxçıvan Özəl Universitetinin Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov