Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Oktyabr 2013 - №38

 

"Yaxşı gələcək üçün mütərəqqi texnologiya" mövzusunda seminar

 

Oktyabrın 1-də Qafqaz Universitetində "Yaxşı gələcək üçün mütərəqqi texnologiya" mövzusunda seminar keçirilib.

Mütəxəssislərin və tələbələrin iştirak etdikləri seminarı giriş sözü ilə açan Qafqaz Universiteti kompüter mühəndisliyi kafedrasının müdiri Abzətdin Adamov  İEEE - İnstitute of Electrical  and  Electronics  Engineers-in (Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu)   tarixi və inkişaf mərhələlərindən danışıb. O, dünyanın müxtəlif yerlərindən İEEE üzvləri olan mühəndislərin ilk dəfə 1884-cü il oktyabrın 1-də toplaşaraq özlərinin texniki ideyalarını paylaşdıqlarını, o vaxtdan 1 oktyabr tarixinin İEEE günü kimi qeyd olunduğunu bildirib. ABŞ-da yaradılan İEEE-nin fəaliyyəti, elmin, texnologiyanın inkişafında rolu barədə məlumat verən A.Adamov bu gün qurumun dünyanın 170 ölkəsindən 400 mindən çox üzvü olduğunu diqqətə çatdırıb.

Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç İEEE günü münasibəti ilə seminar iştirakçılarını təbrik edib. 2013-cü ilin ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edildiyini xatırladan rektor müasir dünyada elmin, texnologiyanın mühüm rolu olduğunu bildirib, seminarın tələbələrin və mütəxəssislərin İKT sahəsində biliklərini artırmasında faydasını vurğulayıb. Rektor habelə rəhbərlik etdiyi ali təhsil ocağının belə maraqlı və vacib tədbirə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib.

"Azercell Telecom" şirkətinin əməkdaşı Ramin Orucov, Mərkəzi Bankın əməkdaşı Mahir Quluzadə və başqa mütəxəssislər "Proqram təminatı yaradılması", "Bulud texnologiyasının tətbiqi", "Oracle verilənlər bazasının yeni özəllikləri" və digər mövzularda məruzələr ediblər.

Sonra məruzələr ətrafında müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda çıxış edənlərə sertifikatlar təqdim olunub.        

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov