Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Oktyabr 2013 - №38

 

Qızlar arasında futbol yarışları keçiriləcək

 

 Azəbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin Realmadrid fondu ilə birgə layihə çərçivəsində yaradılmış "Vətən" sosial futbol məktəbinə 8-17 yaşlı qızların festival xarakterli seçim kampaniyası 5 oktyabr 2013-cü il tarixində keçiriləcək. "Vətən" sosial futbol məktəbinin yaradılmasında məqsəd Realmadrid fondunun sosial futbol modelini Azərbaycanda tətbiq etməklə ölkədə futbolun inkişafına və kütləviliyinə dəstək vermək, gənclərin və uşaqların fiziki, əqli, intellektual səviyyələrini artırmaq, sağlamlıqlarının qorunması və inkişafını, eyni zamanda sosial həyata inteqrasiya olunmalarını təmin etməkdir.

Oktyabr ayının 8-də isə "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbində 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunan qızlar (11-14 yaşlılar) arasında seleksiya (seçim) xarakterli futbol yarışı keçiriləcək. Turnirə 83, 248, 99, 115, 102, 126 nömrəli orta məktəblər cəlb olunub. Yarışda 6 komanda mübarizə aparacaq. 1, 2, 3-cü yerləri tutan komandalar kubok və diplomlarla mükafatlandırılacaq.

Qızlar arasında futbol yarışlarının keçirilməsində məqsəd qızları son dövrdə əhəmiyyətli dərəcədə populyarlaşan qadın futboluna cəlb etmək, onların bu idman növünə olan marağını və futbolun Azərbaycanda idman mədəniyyəti səviyyəsində inkişafını və kütləviliyini təmin etməkdən ibarətdir.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov