Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Oktyabr 2013 - №39

 

İLHAM ƏLİYEV PREZİDENT SEÇKİLƏRİNDƏ QALİB GƏLDİ

 

Azərbaycan Respublikasının Prezidenti seçkilərinin ilkin nəticələri ilə bağlı Mərkəzi Seçki Komissiyasının məlumatı 

(10 oktyabr 2013-cü il, saat 12.45) 

2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində fəaliyyət göstərən 125 dairə üzrə 5492 seçki məntəqəsinin hamısından səsvermənin nəticələrinə dair elektron protokollar Mərkəzi Seçki Komissiyasına daxil olmuşdur. Məntəqə seçki komissiyalarının elektron protokolları oktyabrın 9-da saat 20.00-dan başlayaraq, daxil olan kimi dərhal Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə yerləşdirilmişdir.

İlkin məlumatlara əsasən, seçicilərin fəallığı 72,1% olmuşdur.

Seçki məntəqələrindən daxil olan məlumatlara görə, Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyev səsvermədə iştirak edənlərin səsinin 84,55%-ni toplamışdır. Digər namizədlərin topladıqları səslərin faizləri aşağıdakı kimidir: 

Həsənli Cəmil Poladxan oğlu - 5,53%

Ağa-zadə İqbal Fehruz oğlu - 2,40%

Həsənquliyev Qüdrət Müzəffər oğlu - 1,99%

Oruc Zahid Məhərrəm oğlu - 1,45%

İsmayılov İlyas Abbas oğlu - 1,07%

Əlizadə Araz Məmməd Mübariz oğlu - 0,87%

Quliyev Fərəc İbrahim oğlu - 0,86%

Hacıyev Hafiz Ələmdar oğlu - 0,66%

Məmmədov Sərdar Calal oğlu - 0,61%

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov