Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Oktyabr 2013 - №39

 

Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib

 

Böyütmək üçün şəkili seçinOktyabrın 5-də Təhsil Nazirliyində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Öncə tədbir iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmiş, məzarları önünə gül dəstələri qoymuşlar.

Tədbir iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində "Əməkdar müəllim" fəxri adı və "Tərəqqi" medalı ilə təltif olunmuş təhsil işçilərini təbrik etmişdir. Nazir qeyd etmişdir ki, təhsil cəmiyyətin inkişafında müstəsna əhəmiyyətə malikdir. Bütün dövrlərdə hər bir ölkənin uğurlu gələcəyinin, ayrı-ayrı sahələrdə əldə olunan nailiyyətlərin təhsilin inkişaf səviyyəsi ilə müəyyən olunduğunu söyləyən təhsil naziri sürətlə inkişaf edən ölkəmizdə təhsil sisteminin daim yenilənməli, dünya  təhsilindəki sürətli tərəqqi proseslərindən geri qalmamalı olduğunu nəzərə çatdırmışdır. Bütün bu məqsədlərə çatmaq üçün ölkə Prezidentinin rəhbərliyi ilə təhsil sahəsində çoxsaylı  proqram və layihələrin həyata keçirildiyinə diqqət çəkən nazir qarşıda duran əsas hədəflərə çatmaqda müəllimlərin üzərinə mühüm vəzifələrin düşdüyünü vurğulamışdır.

Böyütmək üçün şəkili seçinTəhsil naziri müəllimlərin öz yetirmələrinə elmi biliklərlə yanaşı, həm də yüksək mənəvi keyfiyyətlər aşıladığını nəzərə çatdırmışdır. Müəllim əməyinin ən yüksək ehtirama layiq olduğunu söyləyən nazir dövlət başçısının rəhbərliyi ilə son illər təhsil sahəsində əldə olunmuş nailiyyətlərdən söhbət açmışdır.

Təhsil sahəsinin davamlı inkişafda olduğunu vurğulayan nazir cəmiyyətin perspektiv inkişafı ilə bağlı hədəflərinin gerçəkləşməsi işinin müəllimlərin öz missiyasına necə əməl etməsindən asılı olduğuna diqqət çəkmişdir.

Dövlət başçısının Azərbaycan təhsilinə, təhsil işçilərinə daim böyük diqqət və qayğı göstərdiyini bildirən nazir ənənəyə uyğun olaraq, builki peşə bayramları ərəfəsində də bir qrup təhsil işçisinin təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adı və "Tərəqqi" medalı ilə təltif edildiyini nəzərə çatdırmışdır. Təhsil naziri təltif olunanları təbrik etmiş, onlara yeni-yeni uğurlar arzulamışdır.

Sonra Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə fəxri adlarla təltif olunan təhsil işçilərinə medal və vəsiqələr təqdim edilmişdir.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov