Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Oktyabr 2013 - №39

 

Gəncə məktəblərində hərbi hazırlığın tədrisinə ciddi diqqət yetirilir

 

Gəncənin orta məktəblərində hərbi dərslərin tədrisinə ciddi diqqət yetirilir.

Bu barədə məlumat verən şəhər təhsil idarəsi metodiki mərkəzinin direktoru Söhrab Hacıyev AzərTAc-a demişdir ki, Təhsil Nazirliyinin "Gənclərin çağırışaqədər hazırlığı" fənninin səmərəli tədrisi ilə bağlı müvafiq tapşırıq və göstərişləri Gəncə məktəblərində uğurla icra olunur. Məktəblilərin hərbi xidmət həyatı ilə tanışlığı və hərbi idman oyunlarında fəallığı, eləcə də vətənpərvərlik hisslərinin gücləndirilməsi üçün ildə bir dəfə şəhər və zona məktəblərinin "Cəsurlar" və "Şahinlər" hərbi-idman oyunlarında iştirakı təmin edilir. Bütün bunlarla yanaşı hərbi dərslərin yüksək səviyyədə keçirilməsi üçün bütün məktəblər lazım olan əyani vəsaitlərlə təmin edilmişdir.

Hazırda şəhər məktəblərində hərbi dərsləri tədris edən 45 müəllim fəaliyyət göstərir ki, onlar da mütəmadi olaraq ixtisasartırma kurslarında iştirak edirlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov