Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Oktyabr 2013 - №39

 

Kurikulum təlimləri başa çatıb

 

Böyütmək üçün şəkili seçin2013-cü il avqustun 5-dən başlayaraq Azərbaycan Respublikası Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində kurikulumlar üzrə təlimlərə start verildi. Təlim və İnkişaf Mərkəzinin tarix fənni üzrə təlimçisi olaraq deyə bilərəm ki, təlim apardığım Bakı, Sumqayıt şəhərləri və Balakən rayonunda bu kurslar müəllimlər tərəfindən çox böyük maraqla qarşılanırdı.

Sentyabr ayının sonunda bütün təlimlərə yekun vuruldu. Nəticə olaraq əminliklə deyə bilərəm ki, müəllimlər  yeni  fənn kurikulumu, onun strukturu və prinsipləri, öyrənmə tərzləri, məzmun standartları, gündəlik və illik dərs planları, fəal təlim üsulları, İnternet resursları və qiymətləndirmə haqqında kifayət qədər yeni bilik və bacarıqlar əldə etməklə fəal dərsin mərhələlərinə uyğun dərslər hazırlayaraq təqdimat etdilər. Müəllimlərdə 2013-2014-cü tədris ilində dərslərini yeni fənn kurikulumu əsasında  qurmaq üçün vizual olaraq təsəvvür və bacarıqlar formalaşdı.  

Rövşən BAĞIROV,
Astara rayonu N.Əliyev adına Maşxan kənd
tam orta məktəbinin tarix müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov