Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Ay 2013 - №40

 

Bakı Dövlət Universitetinin rektoru Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb

 

Oktyabrın 12-də Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabeni qəbul edib.

Rektor səfirin fəaliyyəti dövründə respublikamızda elmin və təhsilin inkişafına dəstəyindən, şərqşünaslıq fakültəsində yapon dili və ədəbiyyatının tədrisinə göstərdiyi xüsusi münasibətdən məmnun olduğunu bildirib. Onun dövründə Yaponiyaya göndərilən tələbələrin sayının artdığını deyən rektor, eyni zamanda səfirin xanımı Atsuko Vatanabenin yapon dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan tələbələrə Yaponiyanın mədəniyyəti, incəsənəti ilə bağlı dediyi dərslərin əhəmiyyətini qeyd edərək təşəkkürlərini çatdırıb.

Rektor yaxın vaxtlarda diplomatik fəaliyyəti başa çatacaq səfirə bu xidmətlərinə görə universitetin fəxri fərmanını təqdim edib.

Sonra səfirin iştirakı ilə 12-ci Bakı Yapon dili Natiqlik Müsabiqəsi başlayıb. Azərbaycan və Yaponiyanın dövlət himnləri səsləndikdən sonra BDU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə çıxış edərək artıq ənənə halını almış müsabiqənin əhəmiyyətindən danışıb və səfirə təşəkkür edib. Bildirilib ki, artıq universiteti yapon dili və ədəbiyyatı üzrə 70 nəfər bakalavr, 11 nəfər isə magistr pilləsində başa vurub. Hazırda 3 nəfər Yaponiyada magistr təhsili alır. Səfir Şusuke Vatanabenin çıxışından sonra müsabiqə qaydaları izah edilib. Müsabiqə 2 yarımhissədən ibarət olub. Hər bölmə çıxışlar və sual-cavab əsasında qurulub. Sonra münsiflər heyəti balları hesablayıb və yerlər müəyyən edilib. İlk 5 yerin sahibinə mükafatlar təqdim edilib.  

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov