Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Ay 2013 - №40

 

Azərbaycan Memarlıq və İnşaat Universiteti XXII Beynəlxalq baxış-müsabiqəsində uğur qazanıb

 

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində memarlıq məktəblərinin buraxılış işlərinin XXII Beynəlxalq baxış-müsabiqəsi keçirilmişdir. Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AMİU) müsabiqəyə bu ali təhsil ocağının memarlıq fakültəsinin şəhərsalma, bina və qurğular, dizayn, memarlıq abidələrinin bərpası ixtisasları üzrə 12 buraxılış işi və 6 magistr dissertasiyası təqdim edilmişdir.  

AzərTAc xəbər verir ki, müsabiqədə Azərbaycan AMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dizayn kafedrasının müdiri, professor N.Abdullayevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunurdu. Müsabiqəyə Sankt-Peterburq şəhəri Memarlar İttifaqındakı qrafik işlərin sərgisi, elmi-metodik konfrans, dərslik və dərs vəsaitlərinin müsabiqəsi və digər tədbirlər daxil idi.

Müsabiqəyə AMİU-dan göndərilən 12 bakalavr işi və 6 magistr dissertasiyası fəxri diploma layiq görülmüşdür (10 nəfər I dərəcəli, 7 nəfər II dərəcəli, 1 nəfər III dərəcəli diplom). Qaliblər arasında 1 bakalavr buraxılış işi Rusiya Federasiyasının Memarlar İttifaqının, 1 magistr dissertasiyası isə Beynəlxalq Memarlar Assosiasiyasının fəxri diplomuna layiq görülmüşdür.

Çox önəmli haldır ki, beynəlxalq müsabiqənin yeni şərtlərinə görə, həmin qaliblərin rəhbərləri də Beynəlxalq Regional İctimai Təşkilatın laureat diplomları ilə mükafatlandırılmışlar. Fakültə həmin müsabiqədə dərslik və dərs vəsaitləri nominasiyasında da iştirak etmiş və müəllif laureat adını qazanmışdır.

Qeyd edək ki, müsabiqənin 2014-cü ildə AMİU-da keçirilməsi gözlənilir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov