Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Oktyabr 2013 - №41

 

Məktəb əsaslı təmirdən sonra istifadəyə verilib

 

 Samux Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda bildirilir ki, müqəddəs Qurban bayramı ərəfəsində  rayonun Alabaşlı qəsəbəsində qəzalı vəziyyətdə olan orta məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib.

Açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Qocayev bildirib ki, respublikamızın hər yerində olduğu kimi, Samux rayonunun təhsil sistemində də islahatlar uğurla davam etdirilir. Hər il qəzalı vəziyyətdə olan bir neçə məktəb üçün yeni binalar inşa edilir, bəziləri isə əsaslı  təmir olunur. 220 yerlik Alabaşlı qəsəbə orta məktəbi də  bu yenidənqurma tədbirləri çərçivəsində görülən işlərdəndir.

Çıxışlardan sonra  rəmzi lent kəsilib və  qonaqlar tədris ocağında yaradılan şəraitlə   yaxından tanış olublar. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov