Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Oktyabr 2013 - №41

 

Astarada yeniyetmə boksçularla görüş keçirilib

 

Oktyabrın 22-də Astara Rayon İcra Hakimiyyətində Gürcüstanın Saçxeri rayonunda məşhur boksçu Çabuki Çiqladzenin xatirəsinə həsr olunmuş yeniyetmə boksçuların beynəlxalq turnirində yüksək nəticələr qazanmış idmançılarla görüş keçirilib.

AzərTAc xəbər verir ki, Beynəlxalq turnirdə Astara Boks Mərkəzinin yetirmələrindən Elmar Məmmədov 60, Əli Xaniyev 52, Füzuli Tağıyev 50, İmaməli Məmmədov 46, Hüseyn Sadıxov 43 kiloqram çəkidə birinci, İmaməli Həsənov 44,5 və Kamil Kərimzadə 38,5 kiloqram çəkidə üçüncü yeri tutublar.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev yeniyetmə boksçuları qazandıqları idman uğurları münasibətilə təbrik edib.

Görüşdə çıxış edən gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev, yeniyetmə boksçulardan Elmar Məmmədov, Əli Xaniyev və başqaları ölkəmizdə idmanın inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və idmançılara göstərilən yüksək qayğı və diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda beynəlxalq turnirdə uğur qazanmış boksçulara hədiyyələr təqdim edilib.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov