Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Noyabr 2013 - №42

 

Qəbələdə 3 yeni məktəb binasının tikintisinə başlanılıb

 

Qəbələ rayonunda yeni məktəb binaları inşa edilir.  Rayonun təhsil şöbəsindən AzərTAc-a bildirmişlər ki, bu günlərdə Qəbələ şəhərində 360, Yengicə kəndində 80 və Zirik kəndində 220 şagird yerlik yeni məktəb binalarının tikintisinə başlanılmışdır. Hazırda hər üç binada hörgü işləri görülür və təhsil ocaqlarının gələn il istifadəyə verilməsi nəzərdə tutulmuşdur. 

Rayonda yeni məktəblərin inşası ilə yanaşı, bütün təhsil ocaqlarında tədrisin keyfiyyətinin artırılması üçün maddi-texniki bazanın gücləndirilməsi və kadr çatışmazlığı probleminin aradan qaldırılması istiqamətində ardıcıl işlər görülür.

Bu günədək rayonun bütün ümumtəhsil ocaqları kompüterlə təmin olunmuş, 40 məktəbdə kompüter kabineti yaradılmışdır. Bundan əlavə, son bir ildə Təhsil Nazirliyi tərəfindən Qəbələ məktəblərinə 20 gənc müəllim göndərilmiş və onlar ixtisaslarına uyğun işlə təmin olunmuşlar. Hazırda rayonun məktəblərində çalışan pedaqoji işçilərin 77 faizi ali təhsillidir. Müəllimlərin 71 faizini qadınlar təşkil edir.

Qeyd edək ki, ötən 10 il ərzində Qəbələdə 25 yeni məktəb binası tikilmiş, 4 məktəb əsaslı təmir olunmuşdur. Təhsil ocaqlarından 9-u Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində tikilmiş, biri isə əsaslı təmir edilmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov