Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Noyabr 2013 - №42

 

Oksford Universitetində anlaşma memorandumu imzalanıb

 

Böyütmək üçün şəkili seçinM.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, professor Nərgiz Paşayeva dünyanın ən qədim və nüfuzlu universitetlərindən biri olan Oksford Universitetinin dəvəti ilə oktyabrın 28-də Oksford şəhərinə gəlmişdir.

Professor Nərgiz Paşayeva universitetin şərqşünaslıq fakültəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı və elmi irsi haqqında elmi məruzə ilə çıxış etmişdir.

Tədbirdə universitetin şərqşünaslıq fakültəsinin rəhbəri, professor Edmund Herziq, həmin fakültənin ərəb dili və ədəbiyyatı üzrə professoru Culiya Brey, fars dili və ədəbiyyatı üzrə doktoru Dominik Brukşo, klassik ərəb ədəbiyyatı üzrə professor Geert Yan van Gelder, islam tarixi üzrə professor Robert Hoyland, Şərqi xristianlıq bölməsinin professoru Teo van Lint və türk dili və ədəbiyyatı üzrə doktoru Loran Minyon, eləcə də Bodleyn kitabxanasında Şərqşünaslıq departamentinin rəhbəri, doktor Gilyan Evison, Aşmolean muzeyinin İslam incəsənəti qalereyasının kuratoru, doktor Françeska Leoni, Bodleyn kitabxanasının Yaxın Şərq və İslam əlyazmalarının kuratoru doktor Alastar Vatson iştirak etmişlər.

Tədbirdə, həmçinin professor N.Paşayevanın dəvəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, şərqşünas-alim, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı V.Məmmədəliyev iştirak etmişdir.

Professor N.Paşayevanın çıxışı böyük maraqla qarşılanmış və geniş fikir mübadiləsinə səbəb olmuşdur. Çıxışdan sonra N.Paşayeva alimlərin suallarını cavablandırmışdır.

Səfər çərçivəsində "Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması haqqında" Anlaşma Memorandumu imzalanmışdır.

Sənədi professor N.Paşayeva və Oksford Universitetinin beynəlxalq inkişaf üzrə direktoru xanım Lieyzl Elder imzalamışlar.   

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov