Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Noyabr 2013 - №42

 

Tələbələr xalq rəssamı Tahir Salahovun fərdi sərgisi ilə tanış olurlar

 

Təhsil Nazirliyinin təşkilatçılığı və maliyyə dəstəyi ilə ölkəmizin müxtəlif universitetlərində oxuyan 1000 tələbə Azərbaycanın xalq rəssamı Tahir Salahovun Heydər Əliyev Mərkəzində təşkil edilmiş "Əsrlərin qovşağında" adlı fərdi sərgisində iştirak edəcəkdir.

Tələbələrin sərgi ilə tanışlığına artıq start verilmişdir.

Təhsil Nazirliyi tələbələrin yüksək estetik və fəlsəfi-bədii zövqünün formalaşmasına ciddi təsir göstərən bu cür təşəbbüsləri gələcəkdə daha da genişləndirəcəkdir. Xüsusilə də Heydər Əliyev Mərkəzində baş tutan bu tədbir tələbələrə müasir memarlıq incisi sayılan mərkəzin zəngin interyer kompozisiyası ilə də tanış olmaq  imkanı yaradacaq.

Sərgidə Azərbaycan təsviri sənətini yüksəklərə qaldırmış T.Salahovun müxtəlif dövrlərdə, eləcə də son illərdə çəkdiyi 100-dən çox əsəri nümayiş olunur. Onların sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti, həmçinin görkəmli incəsənət xadimləri Qara Qarayev, Dmitri Şostakoviç və Mstislav Rostropoviçin portretləri, "Sənə bəşəriyyət", "Aydan", "Neftçinin portreti", "Alagöz - Şərq əfsanəsi", "Aydan - Şərq ulduzu", "Odlar yurdu" triptixi - "Atəşgah", "Xəzər bu gün", "Qız qalası" kimi əsərləri yer alıb. Sərgidə, həmçinin T.Salahovun ilk dəfə məhz Heydər Əliyev Mərkəzində nümayiş etdirilən işləri də vardır.

Onu da qeyd edək ki, ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış sərgi noyabrın 6-dək davam edəcəkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov