Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Noyabr 2013 - №42

 

Təhsil Nazirliyi şagirdlər üçün tarixi yerlərə ekskursiyalar təşkil edib

 

Təhsil Nazirliyi tərəfindən Bakıdakı Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbin VI-X sinif şagirdlərinin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları təşkil edilmişdir. 

Azərbaycan tarixi, Azərbaycan dili və ədəbiyyat dərslərinin qarşılıqlı inteqrasiyasına həsr olunmuş ekskursiyalar məktəblilər tərəfindən böyük maraqla qarşılanmışdır.

İki hissədən ibarət olan ekskursiyalar zamanı açıq səma altında keçirilmiş dərslərdə şagirdlər xüsusi fəallıq göstərmişlər. Təsadüfi deyil ki, açıq səma altındakı dərslərdə məktəblilər daha çevik və yaradıcı təfəkkür nümayiş etdirmişlər. Belə dərslərdə şagirdlər sinif yoldaşları ilə ünsiyyətə daha çox meyil göstərir və qarşılıqlı əməkdaşlığa üstünlük verirlər. Bütün bunlar təlimin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir.

***

Bakıdakı 160 nömrəli klassik gimnaziyanın VI-X sinif şagirdlərinin Təhsil Nazirliyi tərəfindən "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiyaları təşkil olunmuşdur.

900 şagirdin iştirak etdiyi ekskursiyalar həm müəllimlər, həm də şagirdlər tərəfindən maraqla qarşılanmışdır. Şagirdlər öncə qoruqdakı "Qala" Arxeolojı-Etnoqrafik Muzey Kompleksini və "Qala" Əntiq Əşyalar Muzeyini gəzərək Qala qəsəbəsinin tarixi haqqında məlumat əldə etmişlər. Qala qəsri və qoruq ərazisindəki digər abidələrlə tanışlıq da məktəblilərdə böyük təəssürat yaratmışdır.

Ekskursiyalar zamanı şagirdlər maraqlı şəkillər çəkmiş, tarixi faktlar toplamış, ulu əcdadlarımızın həyat tərzi və sənətləri ilə yaxından tanış olmuşlar.

Məktəblilər Azərbaycanın zəngin tarixi, maddi-mədəni abidələri ilə tanışlığa imkan verən və Vətənə sevgi hissi aşılayan müvafiq ekskursiyalarda gələcəkdə də böyük məmnuniyyətlə iştirak etməyə hazır olduqlarını bildirmişlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov