Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Noyabr 2013 - №42

 

"Mənim ARDNŞ-də yay təcrübəm-2013" mövzusunda inşa müsabiqəsi

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bu il ödənişli yay təcrübəsində iştirak edən tələbələr arasında "Mənim ARDNŞ-də yay təcrübəm-2013" mövzusunda inşa müsabiqəsi keçirir.

ARDNŞ-in insan resursları departamentindən AzərTAc-a bildirmişlər ki, təqdim olunan inşada təcrübəçi təcrübə müddətində yerinə yetirdiyi işlər, ixtisası və işin təşkili sahəsində öyrəndiyi təcrübi biliklər barədə fikirlərini, təcrübənin daha da səmərəli təşkili üzrə təkliflərini, həmçinin vacib hesab etdiyi digər məsələlər barədə mülahizələrini yaza bilər. İnşa Azərbaycan dilində 800-1000 sözdən ibarət olmalıdır.

Müsabiqəyə təqdim olunan inşalar struktur, orijinallıq, mövzuya yaradıcı yanaşma və məntiqilik baxımından qiymətləndiriləcəkdir. İnşalar biri digəri haqqında məlumatı olmayan bir neçə mütəxəssis tərəfindən oxunaraq qiymətləndiriləcəkdir. Mütəxəssislərə qiymətləndirmə üçün göndərilən inşaların müəllifləri anonim saxlanılacaqdır.

İnşalar noyabrın 8-dək ".doc" formatında [email protected] elektron poçt ünvanına təqdim edilməlidir. Ən yaxşı 3 inşa departamentin saytında yerləşdiriləcək və "İki sahil" qəzetində dərc olunacaqdır.

Gənclər ətraflı məlumatı departamentin saytından əldə edə bilərlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov