Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Noyabr 2013 - №42

 

Statistik təhlil mövzusunda təlim kursu

 

Böyütmək üçün şəkili seçinNaxçıvan Dövlət Universitetində Azərbaycan hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi "Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi" layihəsi çərçivəsində növbəti təlim kursu keçirilib.  

Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən statistik təhlil" üzrə keçirilən təlim kursunun açılış mərasimində beynəlxalq əlaqələr üzrə prorektor, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov çıxış edərək universitetdə müxtəlif mövzulara həsr olunmuş bir neçə təlim kursunun uğurla reallaşdırılmasından bəhs edib. Qeyd olunub ki, regionun bütün dövlət strukturlarının və nazirliklərin əməkdaşlarını, habelə universitetin müxtəlif ixtisaslar üzrə müəllim və tələbələrini əhatə edən bu təlim kursları kadr hazırlığı baxımından mühüm əhəmiyyət kəsb edir.    

Universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov çıxışında təlim kurslarının təşkilini muxtar respublika rəhbərliyinin dövlət idarəçiliyi sahəsində milli kadr potensialının gücləndirilməsini mütəxəssis hazırlığına  növbəti qayğısı kimi qiymətləndirib. Rektor beynəlxalq ekspertlərin təcrübələrinin öyrənilməsi və tətbiqinin zəruriliyindən də danışıb.      

Ekspert təlimçi, Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşı, Azərbaycan Universiteti Biznes məktəbinin dekanı Elçin Rəşidov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti, ekonometika və maliyyə fənləri üzrə təlimçi Ziya Əlili bu sahədə olan dünya təcrübəsi, təlim kursunda bəhs olunacaq mövzular barədə məlumat verərək bildiriblər ki, təlimin keçirilməsində əsas məqsəd geniş istifadə olunan statistik metod və üsullar barədə dinləyicilərə məlumat vermək, həmçinin statistik təhlilin  ən faydalı şəkildə tətbiq olunduğu halların müəyyən olunmasıdır. Qeyd olunub ki, təlim kursu nəticəsində statistik təhlilin istifadəsi üzrə potensial güclənəcək və ekspertlərlə bərabər, müəllim və tələbələr də yeni metodologiya və materiallar şəklində faydalanacaqlar. Bu da həm layihənin davamlılığını təmin edəcək, həm də təsir dairəsini yeni miqyasda genişləndirəcək.

10 gün davam edəcək təlim kursunun iştirakçılarına sonda sertifikatlar təqdim olunacaq. 

Mina QASIMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov