Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Noyabr 2013 - №42

 

Qafqaz Universiteti Texnoparkı seminar keçirib

 

 Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən Qafqaz Universiteti Texnoparkı təşəbbüskarlıq seminarları silsiləsindən növbəti tədbir keçirib. Oktyabrın 26-da keçirilən seminarda müxtəlif universitetlərin tələbə və magistrləri, eləcə də məzunları iştirak ediblər.

Tədbirdə reklam və PR agentliyi, FMCG, avtomobil, telekommunikasiyalar sahələrində marketinq, satış, reklam, müştəri xidməti, ictimaiyyətlə əlaqələr üzrə 10 ilə yaxın iş təcrübəsi olan "Azercell-Telekom" MMC-nin əməkdaşı Ceyhun Sadıqov "PR (piar) olduğu kimi" mövzusunda təqdimat edib. Təqdimatda PR-in nə olduğu, funksiya və prinsipləri, strateji, taktiki və praktiki PR, Azərbaycanda effektiv PR alətləri və s. haqqında məlumat verilib.

Xatırladaq ki, QU Texnoparkının keçirdiyi təşəbbüskarlıq seminarları sahibkarlığın inkişafına dəstək layihəsi olub gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirmək məqsədi daşıyır. Bu aspektdə həyata keçirilən proqramlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirilməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli əməkdaşları arasında müzakirələr aparılır. 

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov