Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Noyabr 2013 - №42

 

Gənc alimlər üçün qış məktəbi təşkil ediləcək

 

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə noyabrın 14-dən 18-dək "Gənc alimlər üçün qış məktəbinin təşkili" layihəsi çərçivəsində tədbir keçirəcəkdir.

Cəmiyyətdən AzərTAc-a bildirmişlər ki, layihə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.3.6-cı bəndinə uyğun olaraq gənc tədqiqatçılar arasında rəqabət və elmi ünsiyyət mühitinin yaradılmasına, elmi gəncliyin fəaliyyətinin daha səmərəli qurulması və potensialının reallaşdırılmasına, gənclərin orijinal elmi-texniki ideyalarının, yeni elmi innovasiyaların ortaya çıxmasına optimal şərait yaradılması məqsədini daşıyır.

Tədbir günlərində "Texnoparklar: dünya təcrübəsi və Azərbaycan", "Biznes inkubatorlar: Azərbaycanda tətbiqi imkanları", "İnnovasiyalı cəmiyyətə doğru" mövzularında seminarlar keçiriləcəkdir.

Eyni zamanda, qış məktəbi günlərində elmi-innovativ işlərin, elm-təhsil mübadilə proqramlarının təqdimatlarının, həmçinin mədəni-idman tədbirlərinin keçirilməsi nəzərdə tutulub.

Qış məktəbinin açılış mərasimi noyabrın 14-də "Olimpik" İdman və İstirahət Mərkəzində (Novxanı) təşkil olunacaqdır.

Açılış mərasimində dövlət qurumlarının rəsmiləri, gənc alim və tədqiqatçılar, KİV təmsilçiləri iştirak edəcəklər.

Qış məktəbində AMEA-da çalışan və müxtəlif elm sahələri üzrə araşdırmalar aparan gənc alimlər, doktorantlar, eyni zamanda, digər elmi-tədqiqat müəssisələrində və universitetlərdə fəaliyyət göstərən elmi tədqiqatçılar arasından seçilmiş şəxslər iştirak edəcəklər. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov