Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Noyabr 2013 - №42

 

Azərbaycan Dillər Universitetində ümummilli lider Heydər Əliyevin büstünün açılış mərasimi keçirilib

 

Böyütmək üçün şəkili seçinOktyabrın 28-də Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin büstünün və ADU-nun tələbəsi olmuş 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin muzeyinin açılış mərasimləri keçirilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.

Universitetin foyesində qoyulan və müasir ornamentdə hazırlanmış büstün açılış mərasimində çıxış edən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov ümummilli lider Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışmışdır.

S.Seyidov ulu öndərin Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyasına hər zaman böyük önəm verdiyini diqqətə çatdırmışdır. O, ümummilli liderin elm və təhsil sahəsində müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında və möhkəmlənməsində, daxili və xarici siyasət strategiyasının müəyyənləşdirilməsində misilsiz tarixi xidmətlərindən danışmışdır. O, həmçinin Azərbaycan Dillər Universitetinin ölkəmizin təhsil sistemində, ictimai-siyasi həyatında oynadığı mühüm roldan bəhs etmişdir.

Milli Məclisin deputatı, insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ulu öndər Heydər Əliyevin Azərbaycanda elm və təhsilin, mədəniyyətin inkişafına, yüksək ixtisaslı milli kadrların hazırlanmasına göstərdiyi diqqət və qayğıdan söz açmış, ümummilli liderin parlaq ideyalarının daim yaşayacağını bildirmişdir.

Milli Məclisin deputatı Məlahət Həsənova bildirmişdir ki, dahi şəxsiyyət Heydər Əliyev bütün həyatını doğma xalqına, onun xoşbəxtliyinə, firavan gələcəyinə həsr etmişdir. O demişdir ki, Azərbaycanın müasir tarixinin böyük, həm də şərəfli bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin çoxşaxəli fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz, şərəfli bir hissəsini təşkil edir.

Sonra büstün üzərindən örtük götürülmüş, önünə əklil və gül dəstələri qoyulmuşdur.

Daha sonra universitetin foyesində 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin açıq muzeyinin açılışı olmuşdur.

Mərasimdə çıxış edən Ülvi Bünyadzadənin atası Yusif Bünyadzadə oğlunun uşaqlıqdan Vətənə olan sevgisindən danışmışdır. Azərbaycanın hər zaman qəhrəman oğullar yetişdirdiyini deyən Y.Bünyadzadə Ülvinin göstərdiyi igidliyə görə fəxr etdiyini demişdir. O, Azərbaycan xalqının hər zaman şəhidlərə dərin ehtiram göstərdiyini qeyd etmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov