Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Noyabr 2013 - №42

 

"Gənclərin vətənpərvərlik tərbiyəsi və onların hərbi xidmətə hazırlığı" layihəsi çərçivəsində seminar-treninq

 

Bu günlərdə "Yaradıcı Gənclərə Dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində "Gənclərin vətənpərvərlik tərbiyəsi və onların hərbi xidmətə hazırlığı" layihəsi çərçivəsində gənclər üçün seminar-treninq keçirib.

Tədbirin açılış mərasimində Laçın Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayev çıxış edərək bu layihənin məcburi köçkün gənclər üçün əhəmiyyətindən danışıb. Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan oğullarımızın şərəfli döyüş yolundan söz açan natiq şəhidlərimizin həyatının gənclərimiz üçün örnək olduğunu xüsusi vurğulayıb.

İki gün davam edən seminar-treninqin sonunda gənclərə "Yaradıcı Gənclərə Dəstək" İctimai Birliyi tərəfindən sertifikatlar təqdim olunub.

Növbəti belə seminar-treninqlər Ağcabədi və Laçın rayonlarında da keçiriləcəkdir. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov