Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Noyabr 2013 - №42

 

 Heydər Əliyev adına Müasir Təhsil Kompleksində "Rollu oyunlar" adlı əyləncəli tədbir keçirilib

 

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində "Rollu oyunlar" adlı əyləncəli tədbir keçirilib.

Məktəbdən AzərTAc-a bildirmişlər ki, kompleksin direktoru Sevinc Rzayeva belə tədbirlərin şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi və müxtəlif situasiyalardan çıxış yolları tapmaq vərdişlərinin aşılanması baxımından çox əhəmiyyətli olduğunu qeyd edib. Məktəbin akt zalında keçirilmiş əyləncəli tədbirdə X-XI sinif şagirdlərindən ibarət üç komanda iştirak edib. Komandalara verilmiş mövzular üzrə çıxışlar tamaşaçıların böyük marağına səbəb olub.

Sonda direktorun müavini Gülnar Osmanova çıxış edərək bu cür tədbirlərin davamlı olacağını vurğulayıb.
 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov