Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Noyabr 2013 - №42

 

Azərbaycan alimi Moskva Dövlət Universitetində Beynəlxalq Konqresdə iştirak edib

 

22-25 oktyabr tarixlərində M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Rusiyada qlobal tədqiqatların əsasını qoymuş böyük rus alimi Vladimir İvanoviç Vernadskinin 150 illiyinə həsr olunmuş "Qlobalistika-2013" III Beynəlxalq elmi konqres keçirilib.

Universitetin qlobal proseslər fakültəsinin təşəbbüsü ilə artıq üçüncü dəfə baş tutan elmi forum rəsmi dəstək alıb, YUNESKO və Qlobal Tədqiqatların Beynəlxalq Konsorsiumu kimi beynəlxalq təşkilatların himayəsi altında öz işini aparıb. Konqresin işində 40 ölkədən 500 nəfərdən çox nümayəndə iştirak edib. Konqresi giriş sözü ilə təşkilat komitəsinin sədri, Qlobal Tədqiqatların Beynəlxalq Assosiasiyasının fəxri prezidenti, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, MDU-nun rektoru, akademik Viktor Sadovniçi açıb və tədbirin işinə uğurlar arzulayıb.

Konqresdə Azərbaycanı təmsil edən alimlər arasında Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü, fəlsəfə doktoru, respublikanın əməkdar müəllimi, Astara Pedaqoji Kollecinin direktoru dosent Əlihəsən Həmzəyev də olub. Ə.Həmzəyev nümayəndələr qarşısında "Qlobal iqtisadiyyat" adlı məruzə ilə çıxış edib. Qlobal iqtisadiyyatın müxtəlif formalarını müasirlik baxımından təhlil edən alimin məruzəsi maraqla qarşılanıb.

Beynəlxalq elmi konqres çərçivəsində Meqatarix və sistem proqnozlaşdırılmasının Avroasiya mərkəzi (REA-nın Şərqşünaslıq İnstitutu) MDU-nun qlobal proseslər fakültəsi ilə birgə "Böyük tarix və qlobal təkamül" adlı simpozium da təşkil edib.

Konqresdə sivilizasiyaların böhranı və multikulturalizm kontekstində qlobal siyasətin müxtəlif problemləri müzakirə olunub. Mütəxəssislər fikirlərini bölüşüb, praktik olaraq dərslərdə iştirak edib və təcrübə mübadiləsi aparıblar. 

Azad ABDULLAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov