Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Noyabr 2013 - №42

 

Ağcabədidə inklüziv təhsilə həsr olunmuş konfrans

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Ağcabədidə "İnklüziv təhsil sahəsində maarifləndirmə işinin təşkili" adlı layihə həyata keçirilir.

AzərTAc xəbər verir ki, layihə çərçivəsində Ağcabədi Rayon İcra Hakimiyyəti və təhsil şöbəsinin təşkilati dəstəyi ilə şəhər 11 nömrəli tam orta məktəbdə "İnklüziv təhsil sahəsində nöqsanların araşdırılması və bu istiqamətdə dəstəyin göstərilməsi" mövzusunda konfrans keçirilmişdir.

Konfransın məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlara tətbiq olunan tədrisin, fiziki qüsurlu uşaqların aktiv təhsilə cəlb edilməsi və onların cəmiyyətə inteqrasiyasında inklüziv təhsilin üstünlüklərinin müzakirə edilməsi olmuşdur.

Konfransda layihənin rəhbəri Radə Qafarova, RİH-in baş məsləhətçisi Fərid Rüstəmov, 11 nömrəli tam orta məktəbin direktoru Eynulla Hacıyev və başqaları çıxış edərək bu sahədə mövcud problemlərdən danışmış, layihənin əhəmiyyətini vurğulayaraq müxtəlif fikirlər irəli sürmüşlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov