Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Noyabr 2013 - №43

 

Azərbaycan Diplomatik Akademiyası ilə Böyük Britaniyanın Qlazqo Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

 

Azərbaycan Diplomatik Akademiyası (ADA) ilə Böyük Britaniyanın Qlazqo Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandum ADA-nın tədris işləri üzrə prorektoru Patrik Kvinn və Qlazqo Universitetinin Sosial Elmlər İnstitutunun icraçı prorektoru Anne Anderson tərəfindən imzalanıb.

ADA-nın mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, sənədə əsasən hər akademik semestrdə ali təhsil ocaqları arasında tələbə mübadiləsi proqramı həyata keçiriləcəkdir. Hər semestr iki tələbə bu proqramda iştirak etmək hüququ qazanacaqdır. Həmçinin ADA və Qlazqo Universiteti arasında tələbələr üçün akademik və mədəni, o cümlədən tədqiqat mübadiləsi proqramlarının həyata keçirilməsi razılaşdırılıb.

P.Kvinn imzalanmış Anlaşma Memorandumunun, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək birgə proqramların hər iki ali təhsil ocağının müəllim-tələbə heyəti üçün əhəmiyyətindən danışıb.

Böyük Britaniyanın dörd ən qədim təhsil ocaqlarından biri olan və Şotlandiyada fəaliyyət göstərən Qlazqo Universiteti 1451-ci ildə yaradılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov