Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Noyabr 2013 - №43

 

Azərbaycanda M.V.Lomonosov adına Şimal (Arktika) Federal Universitetinin təhsil xidmətlərinin təqdimatı olub

 

Azərbaycanda Rusiyanın şimal-qərbində əsas elmi-təhsil mərkəzlərindən biri olan M.V.Lomonosov adına Şimal (Arktika) Federal Universitetinin (Arxangelsk şəhəri) təhsil xidmətlərinin təqdimatı olub.

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, "Rossotrudniçestvo" Agentliyinin Azərbaycandakı nümayəndəliyinin başçısı Valentin Denisovun M.V.Lomonosov adına Şimal (Arktika) Federal Universitetinin (ŞAFU) Beynəlxalq əməkdaşlığın inkişafı idarəsinin nümayəndələri ilə görüşü olub.

Görüşdə ŞAFU ilə "Rossotrudniçestvo" Agentliyi arasında saziş çərçivəsində əməkdaşlığın perspektivləri və Azərbaycan Respublikasında rus dilinin, mədəniyyətinin dəstəklənməsi, Rusiya təhsilinin inkişafı sahəsində qarşılıqlı fəaliyyət planı müzakirə edilib.

Tədbir çərçivəsində Azərbaycanın təhsil müəssisələri bazasında ŞAFU-nun 19 institutunun bakalavriat və magistratura proqramlarının təqdimatı olub. Bakı şəhərindəki 229, 91 və 27 nömrəli məktəblərin yuxarı sinif şagirdləri texniki, təbii-elmi, iqtisadi və sosial-humanitar hazırlıq istiqamətləri üzrə onları maraqlandıran proqramlar, Azərbaycandan olan tələbələr üçün təqaüdlər və Rusiya Federasiyası büdcəsinin vəsaiti hesabına təhsil imkanları və ŞAFU-ya qəbul qaydası barədə daha ətraflı məlumat ala biliblər.

Gələcək abituriyentlər 2014-cü ilin yazında ŞAFU-ya səyyar qəbul kampaniyası çərçivəsində test imtahanında iştirak etmək üçün onlayn-anketi doldurmaq imkanı əldə ediblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov