Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Noyabr 2013 - №43

 

Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin direktorları üçün təlimlər təşkil olunacaq

 

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinin idarə edilməsinin səmərəliliyini və nəticə yönümlülüyünü artırmaq məqsədilə ilə Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin direktorları üçün təlimlər keçirəcəkdir.

Təlimlərə 2014-cü ilin əvvəlindən başlanacaqdır. Cari ilin sonuna qədər iştirakçıların müsabiqə əsasında seçiminin yekunlaşdırılması planlaşdırılır.

Layihənin əsas məqsədi təlim iştirakçılarının idarəetmə sahəsində bilik və bacarıqlarının artırılmasıdır. Təlimlərdə məktəb direktorları ilə yanaşı, pedaqoji təcrübəyə malik digər şəxslər də iştirak edə bilərlər. Təlimlər səmərəli məktəb, kurikulum və idarəetmə, təhsilalanlar və idarəetmə, təhsilverənlər və idarəetmə, maliyyə və mühasibatlığın əsasları, məlumatın toplanması və təhlili, hesabatların hazırlanması və məktəb idarəetməsinin hüquqi əsasları mövzularını əhatə edəcəkdir. Müxtəlif modullar əsasında təşkil ediləcək təlimlər 10-12 həftə davam edəcəkdir.

Təlimin yekununda uğur sertifikatı əldə etmiş iştirakçıların ümumi təhsil müəssisələrində müxtəlif pilot layihələrin həyata keçirilməsinə cəlb olunması planlaşdırılır. Bu tip pilot layihələr özünüidarəetməyə keçid, şagirdbaşına maliyyələşmə mexanizminin tətbiqi, məktəb icmalarının təşkili və digər islahatların həyata keçirilməsini əhatə edəcəkdir.

Qeyd olunan tədbir "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan təhsilin idarə olunmasında şəffaflığın təmin olunması, təhsilin nəticələrinə görə cavabdehliyin artırılması, məktəb liderliyi keyfiyyətinə sahib olma, nəticəyönlü menecmentin və digər müasir idarəetmə texnologiyalarının prosesə tətbiqini ehtiva edir.

Təlimin məzmunu və iştirak üçün müraciət qaydaları haqqında yaxın vaxtlarda ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov