Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Noyabr 2013 - №43

 

"Vətən" sosial futbol məktəbinin açılışı olub

 

 Noyabrın 4-də Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında yaradılmış "Vətən" sosial futbol məktəbinin açılış mərasimi olmuşdur.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müşaviri Hüseyn Əliyev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov, "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin direktoru Vasif Məmmədov, Real Madrid Fondunun vitse-prezidenti Enriqe Sançes və digər şəxslər iştirak etmişlər.

Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəklədiyi bu layihə çərçivəsində məşq edən 8-17 yaşlı uşaq və yeniyetmələrin (50 oğlan, 50 qız) müvafiq tələblər səviyyəsində təmin olunması üçün "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbində hərtərəfli şərait yaradılmışdır. Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Real Madrid Fondunun birgə layihəsi çərçivəsində fəaliyyət göstərən "Vətən" sosial futbol məktəbi Azərbaycanda futbola daha çox uşaq və gənc cəlb etmək məqsədlərinə xidmət edir.

Ölkəmizdə idmanın inkişafına, gənc nəslin sağlam həyat tərzinə cəlb olunması məsələlərinə xüsusi diqqət yetirilir. Bu baxımdan Bədən Tərbiyəsi və İdmanın İnkişafına dair Milli Strategiya (2009-2020) və Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı mühüm əhəmiyyət kəsb edən konseptual sənədlərdir.

Daha sonra "Vətən" sosial futbol məktəbinin rəmzi açılış lenti kəsilmiş, uşaqlara və məşqçi-müəllimlərə uğurlar arzulanmışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov