Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Noyabr 2013 - №43

 

BDU ilə dünyanın 6 universiteti arasında anlaşma memorandumları imzalanıb

 

Böyütmək üçün şəkili seçinIII Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Bakı Dövlət Universiteti ilə dünyanın 6 universiteti arasında  anlaşma memorandumları imzalanıb.

Memorandumları BDU-nun rektoru, akademik Abel Məhərrəmov, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin rektoru Pyotr Kuxarçuk, Çex Respublikası Plaska Universitetinin rektoru Miroslav Maşlan, Ukrayna Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının rektoru Yuri Kovbasyuk, Estoniyanın Tartu Universitetinin rektoru Volli Kalm, İtaliyanın Siena Universitetinin rektoru Angelo Riccaboni, Mərakeş Krallığının Məhəmməd V Universitetinin rektoru Vail Benjelloun imzalayıblar.

Sənədlərdə tədqiqatçı aspirant və magistrantların mübadiləsi, birgə layihələr üzrə elmi araşdırmaların aparılması, alimlərin və müəllimlərin ixtisaslarının artırılması məqsədi ilə təcrübə mübadiləsi, birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak məsələləri nəzərdə tutulub. 

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov