Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Noyabr 2013 - №43

 

İncəsənət Gimnaziyasında Kurikulum Mərkəzi açılıb

 

Böyütmək üçün şəkili seçinOktyabrın 31-də Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət Gimnaziyasında Kurikulum Mərkəzinin açılışı oldu. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov, institutun direktor müavini, Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov, Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin LƏQ məsləhətçisi, əməkdar müəllim Almaz Həsrət və gimnaziyanın pedaqoji kollektivi, KİV nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə İncəsənət Gimnaziyasının direktoru Maya Şabanbəyova açaraq bildirdi ki, təhsildə həyata keçirilən islahat proqramı ilə əlaqədar bütün pedaqoji kollektiv kurikulum kurslarının təlimlərindən keçib. Gimnaziyada bu işləri ardıcıl olaraq davam etdirmək üçün müəyyən bir qurumun olmasına ehtiyac yaranmışdı. Ona görə də bu ehtiyacı nəzərə alaraq gimnaziyada Kurikulum Mərkəzi yaratmağı qərara aldıq.

Sonra müəllimlər hazırladıqları təqdimatları nümayiş etdirdilər. İlk olaraq gimnaziyanın bu il "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olan, ibtidai siniflər üzrə metodist Təranə Əliyeva təqdimatla çıxış etdi. O, gimnaziyanın yaranma tarixi, dünəni və bu günü barəsində məlumat verdi. İncəsənət Gimnaziyasının beynəlxalq əlaqələri, uğur və nailiyyətləri barədə də danışdı. Müəllimlər yeni təlim proqramlarının (kurikulumların) tətbiqi ilə bağlı hazırladıqları nümunəvi dərslərini qonaqlara təqdim etdilər. Onlar bildirdilər ki, xüsusi qabiliyyət tələb olunan incəsənət yönümlü təhsil müəssisələri üçün standartlar hələ hazırlanmayıb. Lakin mövcud ümumtəhsil proqramlarından (kurikulumlardan) istifadə etməklə işimizi nizamlayırıq.

Təqdimatlardan sonra Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov müəllimlərin fəaliyyəti haqqında tövsiyələrini, məsləhətlərini verdi. Müəllimlərin yeni təlim proqramlarına (kurikulumlara) olan münasibətləri, onların dərslərində tətbiqi yüksək qiymətləndirildi.

Sonra çıxış edən Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov İncəsənət Gimnaziyasında Kurikulum Mərkəzinin yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirdi. Gimnaziyanın pedaqoji kollektivinə uğurlar, yeni-yeni nailiyyətlər arzuladı.  

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov