Aysel
HAQVERDİYEVA,
Azərbaycan Tibb Universitetinin tələbəsi
1996-cı ildə Bakı şəhərində anadan olub. O,
2013-cü ildə Bakıdakı 115 nömrəli orta məktəbi
bitirib. Məktəb illərində kimya fənn
olimpiadasının respublika turunda IV yeri
qazanıb. IX sinfi "Xüsusi nümunəvi şəhadətnamə"
ilə bitirib.
Bu il ali məktəblərə qəbul imtahanında IV qrup
üzrə 690 bal toplayaraq ATU-nun
müalicə-profilaktika fakültəsinə daxil olub.
Prezident təqaüdünə layiq görülməsi onda yeni
uğurlar qazanmaq üçün böyük həvəs oyadıb.
Qazandığı uğurlara görə 115 nömrəli tam orta
məktəbin pedaqoji kollektivinə minnətdardır.
Arzusu universiteti əla qiymətlərlə bitirmək,
gələcəkdə tanınmış həkim olmaqdır. |