Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Noyabr 2013 - №43

 

Azərbaycan bayrağıdır

 

Əzəmətli Günəş kimi üfüqlərdə dalğalanan,

Qızıl rəngi əbədilik könüllərdə yuvalanan,

Zəncirləri qıran xalqla haqqa doğru ünvanlanan,

Al bayrağım yanan məşəl, əbədiyyət çırağıdır,

Fəxr etdiyim şərəf-şanım Azərbaycan bayrağıdır.

 

Şanlı Bayraq Meydanımız qəhrəmanlıq simvoludur,

Bayraq altda həmrəy millət tarix yazan bir uludur,

Azadlığa aparan yol ərənlərin ər yoludur,

Al bayrağım qazandığım azadlığın mayağıdır,

Vəsf etdiyim ruhum, canım Azərbaycan bayrağıdır.

 

Bayrağımız mərd Babəkin köynəyinin al qanıdır,

Şah İsmayıl Xətainin miras qalan nişanıdır,

Şəhidlərin vətənləşən ölümsüzlük ünvanıdır,

Ay-ulduzum şəfəq saçan müstəqillik qaynağıdır,

Od nəfəsim, axan qanım Azərbaycan bayrağıdır.

 

Qalx ayağa Vətən oğlu, qaytar doğma torpağını,

Sanc Şuşanın zirvəsində üç rəngli haqq bayrağını,

Zəfər çalıb Yer üzünə yay səsini-sorağını,

Hayqır bərkdən, de Qarabağ Oğuz elin torpağıdır,

Şərəf dolu adım-sanım Azərbaycan bayrağıdır.

 

Bayraq fəxrim, söz günəşim, söz dəryamda dürr-incidir,

Çiçəklənən azad ölkəm yüksəlişdə birincidir,

Xalq yaradan xariqələr xoş günlərin sevincidir,

Qürur dolu hər yeni gün şanlı tarix varağıdır,

Candan əziz hürr ünvanım Azərbaycan bayrağıdır. 

Oqtay ZƏNGİLANLI

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov