Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Noyabr 2013 - №43

 

Qürur mənbəyimiz

 

 Noyabrın 7-də Bakı Modern Məktəbinin 2 A1 sinfində 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi. Sinif müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin 2012-ci il qalibi Sevinc Əliyevanın təşkilatçılığı ilə keçirilən bayram tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı. Sonra əsgər paltarı geyinmiş 3 şagird "Azərbaycan" mahnısının sədaları altında əlində bayraq zala daxil oldu. Onlar Azərbaycan, rus və ingilis dilində qonaqları salamladılar.

Nəzrin, Hüseyn, Sənan vətənpərvərlik mövzusunda şeirlər söylədilər. Sonra balacalar maraqlı səhnəcik nümayiş etdirdilər. Azərbaycan Respublikasının gerbi və bayrağı haqqında şeirlər söylədikdən sonra şagirdlər "Azərbaycanım mənim" mahnısının sədaları altında rəqs təqdim etdilər.

Daha sonra yenidən bir neçə şeir söyləndi, mahnı və rəqs ifa olundu, səhnəcik göstərildi.

Tədbir iştirakçıları uşaqların Dövlət bayrağı və Dövlət Bayrağı Meydanı haqqında səsləndirdikləri məlumatları maraqla dinlədilər. Monitorda şəhid oğullarımızın qəhrəmanlığını əks etdirən şəkillərdən ibarət slaydlar nümayiş etdirildi. Sonda şagirdlər Dövlət Bayrağının önündə diz çökərək ana vətənə layiq olacaqlarına and içdilər.

Tədbirdə iştirak edən qonaqlar şagirdləri Dövlət Bayrağı Günü münasibətilə təbrik edərək onların çıxışlarından razı qaldıqlarını bildirdilər. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov