Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Noyabr 2013 - №44

 

Lerik rayonunun Durğan və Zərikuməcu kəndlərində yeni məktəb binaları istifadəyə verilib

 

Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq noyabrın 7-də Lerik rayonunun Durğan və Zərikuməcu kəndlərində yeni məktəb binaları istifadəyə verilib.

AzərTAc xəbər verir ki, hər biri 80 şagird yerlik olan ümumi orta məktəb binalarında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb.

Yeni təhsil ocaqlarının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimlərdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, ağsaqqallar, ziyalılar, təhsil işçiləri və ictimaiyyətin nümayəndələri müəllim və şagirdləri əlamətdar hadisə münasibətilə təbrik edib, ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov