Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Noyabr 2013 - №44

 

Yaponiyanın "Tokyo Boeki Technology Ltd" şirkətinin nümayəndələri Bakı Dövlət Universitetində olublar

 

Böyütmək üçün şəkili seçinYaponiyanın "Tokyo Boeki Technology Ltd"   şirkətinin  prezidenti  Kazuey  Uçida, satış və marketinq şöbəsinin direktoru Keiji Takigawa, şirkətin Ukrayna ofisinin direktoru Aleksey Şpak və mühəndisi Vitaliy Tinkov Bakı Dövlət Universitetində olublar. Qonaqlar BDU-nun Nano araşdırmalar laboratoriyasına baş çəkib və "Tokyo Boeki Technology Ltd" şirkətindən alınmış cihazların hazırkı vəziyyətləri ilə tanış olublar. Nano araşdırmalar laboratoriyasında professor  Məmmədəli Ramazanov cihazların texniki vəziyyəti və bu cihazlar vasitəsi ilə aparılan tədqiqatlar barədə onlara ətraflı məlumat verib.

Sonra qonaqları BDU-nun rektoru, akademik Abel Məhərrəmov qəbul edib. Görüşdə Bakı Dövlət Universitetində elektron mikroskopunda işləmək üçün treninq mərkəzi yaratmaq, gələcəkdə müxtəlif sahələrdə, materialşünaslıq, nanotibb, nanotoksikologiya və neftçıxarmada nanotexnologiyanın tətbiqi istiqamətlərində danışıqlar aparılıb və razılığa gəlinib. Qeyd edilən istiqamətlərdə treninqlər aparmaq üçün Yaponiyanın nüfuzlu şirkət və universitetlərindən mütəxəssislərin, professorların dəvət olunması üçün müzakirələr aparılıb.

BDU-nun bilikli və bacarıqlı tələbələrinin elmə həvəsinin artırılması məqsədi ilə "Tokyo Boeki Technology Ltd" şirkətinin xüsusi təqaüdünün verilməsi qərara alınıb. BDU-da təbiət elmləri istiqamətində elm muzeyinin, innovasiya texnologiyalarının elektron nümayişi üçün xüsusi sahənin yaradılması məsələləri, skanedici elektron mikroskopunun daha geniş imkanlarla işinin təmin edilməsi və nümunələrin tədqiqata hazırlanması məqsədilə xüsusi qurğunun alınması barədə də razılıq əldə edilib. 

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov