Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Noyabr 2013 - №44

 

"Ən yaxşı videotədris resursu" müsabiqəsinin qalibləri müəyyən olundu

 

Böyütmək üçün şəkili seçinNoyabrın 11-də "Bakı" nəşriyyatının dəstəyi ilə respublikanın ümumi təhsil məktəblərinin informatika müəllimləri arasında keçirilən "Ən yaxşı videotədris resursu" müsabiqəsinə yekun vuruldu.

Azərbaycan dilində videotədris resurslarının az olduğunu nəzərə alaraq, informatika dərsliklərinin müəllifləri bu problemin həlli üçün müəllimlərə kömək məqsədilə belə bir müsabiqənin keçirilməsi ideyasını irəli sürmüşlər. Artıq ikinci ildir ki, müsabiqə keçirilir və  müsabiqədə respublikamızın müxtəlif regionlarında çalışan müəllimlər iştirak edirlər. Müsabiqənin şərtlərinə görə təqdim olunmuş videodərslər informatika dərsliklərindəki mövzular əsasında hazırlanmalıdır.

Builki müsabiqəyə 25 mart 2013-cü il tarixindən start verilib və sentyabr  ayının sonunda işlərin qəbulu dayandırılıb. Bu müddət  ərzində müsabiqəyə müəllimlər tərəfindən 13 iş təqdim olunub.

Ramin Mahmudzadənin sədrlik etdiyi münsiflər heyətinin tərkibi informatika dərsliklərinin digər həmmüəllifləri  İsmayıl Sadıqov, Naidə İsayeva və "Bakı" nəşriyyatının nümayəndəsindən ibarət idi.

Müəllimlər öz işlərini  youtube.com  video portalında  yerləşdirmiş və sonradan həmin işlər  www.informatik.az saytında nümayiş etdirilərək əvvəldən müəyyən olunmuş meyarlar əsasında qiymətləndirilib.

Münsiflər heyəti işləri qiymətləndirərək qalibləri müəyyən edib. 

I yer

Rəşad Bəyov,  Bakı şəhər Nəsimi rayonu Texniki-humanitar lisey - "Lazarusda proqramın yaradılması", 7-ci sinif.

Günay Hüseynzadə, Bakı şəhər 193 nömrəli tam orta məktəb - "Lazarus proqramı. Ədədin kvadratı və kubunun hesablanması", 7-ci sinif.

Sənubər Məmmədova, Bakı şəhər 267 nömrəli tam orta məktəb - "Access 2007 ilə tanışlıq", "Verilənlər bazasının strukturunun yaradılması", "Cədvəlarası əlaqələr", 10-cu sinif. 

II yer

Natəvan Feyzullayeva, Bakı şəhər 251 nömrəli tam orta məktəb - "Kompüterin işə salınması", 5-ci sinif.

Ramil Cəfərov,  Şərur rayon Tənənəm kənd tam orta məktəbi - "Fraktal qrafika", 11-ci sinif.

Lətafət Nəsibova,  Bakı şəhər 227 nömrəli tam orta məktəb - "OpenOffice Draw proqramı. 3D modelin hazırlanması", "Gallery", "Funksiyalar və qrafiklər. Excel 2013", 11-ci sinif. 

III yer

Nəcibə Humayeva,  Bakı şəhər 70 nömrəli tam orta məktəb - "Mozaika və naxışların qurulması", 3-cü sinif.

Xanım Əliyeva, Bakı şəhər 264 nömrəli məktəb-lisey - "Verilənlər bazası", 10-cu sinif.

Kənan İsmayılov,  Bakı şəhər 171 nömrəli tam orta məktəb - "Word proqramında cədvəlin qurulması", 7-ci sinif.

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov