Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Noyabr 2013 - №44

 

Sumqayıt Dövlət Universitetində bayram tədbiri

 

Böyütmək üçün şəkili seçin Sumqayıt Dövlət Universitetində (SDU) Dövlət Bayrağı və  Konstitusiya günləri münasibətilə tədbir keçirilib. Tədbirdə universitetin rektoru, professor Nadir Qəhrəmanov çıxış edərək müəllim və tələbə heyətini, iştirakçıları bu əlamətdar günlər münasibətilə təbrik edib. Rektor Dövlət Bayrağı Gününün mahiyyətindən söz açıb, üçrəngli bayrağın dövlətçiliyimizin və müstəqilliyimizin ən əziz, ən uca atributlarından biri olduğunu qeyd edib. Konstitusiya Günü barədə də danışan rektor vurğulayıb ki, konstitusiyanın ölkəmizdə əsas hüquqi sənəd kimi formalaşması və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin əvəzedilməz rolu olub.

Daha sonra universitetin iqtisadiyyat və idarəetmə fakültəsinin üçüncü kurs tələbəsi Şənlik Əliyevin və tarix fakültəsinin tələbəsi Leyla Muradzadənin çıxışları dinlənilib.

Tədbir konsert proqramı ilə davam edib, hazırlanmış səhnəciklər, musiqilər və rəqslər maraqla qarşılanıb. 

Sumqayıt Dövlət Universitetinin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov