Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasında "Azərbaycanın müasir aqrar
siyasəti", "Azərbaycan Respublikasında elektron
idarəetmədə geoməkan məlumatların istifadəsi",
"Azərbaycan Respublikasında ailə, qadın və uşaq
siyasəti" istiqamətləri üzrə ixtisasartırma kursları
başlamışdır. Kurslara dövlət hakimiyyətinin mərkəzi,
şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik,
komitə və idarələrinin rəhbər işçiləri cəlb olunmuşlar.
Akademiyadan AzərTAc-a bildirilmişdir ki, kursların
istiqamətinin əsas məqsədi dövlət qulluğu sistemində
çalışan kadrların ixtisasının artırılması, yeni
biliklərin verilməsi, qeyd edilən istiqamətlər üzrə
dövlətin həyata keçirdiyi siyasətin elmi
əsaslandırılması, dövlət qulluqçuları ilə fikir
mübadiləsinin aparılmasıdır.
Kursların ilk dərsini Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin
müdiri Azər Əmiraslanov, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri Qərib Məmmədov, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Sədaqət Qəhrəmanova aparmışlar.
Kursların proqramının mövzuları geniş, eyni zamanda,
yeni biliklərin əhatə edilməsi ilə səciyyələnir.
Kurslarda müvafiq dövlət müəssisələrinin məsul
əməkdaşları, yerli və beynəlxalq ekspertlər, deputatlar,
Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların
nümayəndələri və digər mütəxəssislər yeni mövzularda
mühazirələr oxuyacaqlar.
Kursların sonunda dinləyicilərə vəsiqələr təqdim
ediləcəkdir. |