Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Noyabr 2013 - №45

 

Ağstafa rayonunda İKT üzrə təlim kurslarının ikinci mərhələsi başa çatıb

 

Ölkədə cari ilin "İKT ili" elan olunması ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, AMEA-nın müvafiq qurumları tərəfindən mühüm layihələr həyata keçirilir. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri tərəfindən regionlarda İKT üzrə bilik və bacarıqların artırılması məqsədi ilə təlim kursları keçirilmişdir.

İnstitutdan AzərTAc-a bildirmişlər ki, institutun əməkdaşları Ağstafa Rayon Təhsil Şöbəsinə ezam olunmuşlar. Layihə çərçivəsində Ağstafa rayonunda orta ümumtəhsil məktəblərinin informatika və fənn müəllimləri üçün İKT üzrə treninq kursları keçirilmişdir.

Kurslar Ağstafa rayonu Heydər Əliyev Mərkəzində müasir kompüter və avadanlıqlarla təchiz edilmiş siniflərdə aparılmışdır. Təlimə Ağstafa rayonu və kəndlərinin orta ümumtəhsil məktəblərinin 44 informatika və fənn müəllimi, müəssisələr üzrə 25 mütəxəssis cəlb edilmişdir. Tədris zamanı informatika fənni üzrə nəzəri və praktik biliklər aşılanmış, müəllimlər müxtəlif mövzular üzrə təqdimatlarla çıxış etmişlər.

Qeyd edək ki, 3 mərhələdən ibarət layihənin sonunda biliklərin xüsusi test proqramı ilə qiymətləndirilməsi və sertifikatlar təqdim olunmuşdur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov