Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Noyabr 2013 - №45

 

Təhsil Nazirliyi ümumtəhsil məktəblərindəki yeni vakant yerlərə seçim elan edir

 

Təhsil Nazirliyi 2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqədə keçid balını toplamış, lakin işə qəbul olunmamış şəxslər üçün ümumtəhsil məktəblərindəki yeni vakant yerlərə seçim elan edir.

Müvafiq namizədlər 22-26 noyabr 2013-cü il tarixlərində Təhsil Nazirliyinin internet saytının (www.edu.gov.az) "Müəllimlərin işə qəbulu" banerindən (www.edu.gov.az/view.php?lang=az&menu=391&id=4084) "Şəxsi səhifə"yə daxil olaraq (kod və parol vasitəsilə) uyğun ixtisas üzrə təklif olunan vakant yerlərdən ən çoxu 4-nü seçə və təsdiqləyə bilərlər.

Vakant yerlərin seçimi 26 noyabr 2013-cü il tarixdə saat 18:00-da başa çatacaq, yerləşdirmə aparılacaq və nəticəsi dərhal hər bir namizədin "Şəxsi səhifə"sinə göndəriləcəkdir.

Vakant yer tutan namizədlər "Şəxsi səhifə"də göstərilən vaxtda və yerdə müsahibədən keçdikdən sonra onların işə qəbulu barədə qərar qəbul ediləcəkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov