Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Noyabr 2013 - №45

 

"Sağlam ruhlu, gələcəyə sağlam övladlarla addımlayaq"

 

Noyabrın 20-də Bakının Lökbatan qəsəbəsindəki 288 nömrəli tam orta məktəbdə  20 noyabr - Ümumdünya Uşaqlar Gününə  həsr olunmuş "Sağlam ruhlu, gələcəyə sağlam övladlarla addımlayaq" mövzusunda tədbir keçirilib. 

Tədbirdə  Qaradağ Rayon İcra Hakimiyyətinin  nümayəndələri Yusif Nəsibov, Nurlana Əliyeva, rayon idman və gənclər  idarəsinin rəisi Elçin Abasov, Ombudsman  Aparatının  əməkdaşı Faiq Ağayev,  müəllimlər  və  valideynlər  iştirak  ediblər.

Tədbiri giriş sözü ilə məktəbin direktoru    Gülüstan Ağazadə açaraq bildirib ki,  Azərbaycanda uşaqların hüquqlarının qorunması  sahəsində ulu öndərimiz Heydər Əliyevin misilsiz xidmətləri  olub. Ulu öndərin siyasi kursunun layiqli davamçısı cənab  İlham Əliyevin 2009-cu  ili "Uşaq ili" elan etməsi bu diqqət və qayğının bariz nümunəsidir.

Çıxış edənlər  bildiriblər ki, hər bir uşağın şəxsiyyət kimi formalaşması  təhsil sisteminin ümdə vəzifəsidir. Məktəb həyatı təkcə təhsil vermir,  həm də tərbiyə ocağıdır. Şagirdlərin  hüquqlarının öyrənilməsində məktəbin, ictimaiyyətin, müəllim və valideynlərin rolu böyükdür.

Ona görə də təhsil ocaqlarında uşaqların öz hüquqlarını bilmələri və  müdafiəsi sahəsində aparılan maarifləndirmə işləri daha da genişlənməlidir.

Sonda  şagirdlər qonaqlarla xatirə şəkli də  çəkdiriblər.

Tədbir diskussiya şəklində başa çatıb.  

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov