Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Noyabr 2013 - №45

 

Ümumdünya Uşaqlar Gününə həsr olunmuş tədbir

 

Böyütmək üçün şəkili seçin20 noyabr - Ümumdünya Uşaqlar Günü münasibətilə Bakıdakı 28 nömrəli tam orta məktəbin şagirdləri, "Nur" Uşaq və Gənclər İctimai Birliyinin sədri Sevinc Muradova və üzvləri maraqlı bir görüş keçiriblər.

Tədbirdə məlumat verilib ki, 1989-cu il noyabrın 20-də Uşaq Hüquqları Konvensiyası qəbul edilib. Bu konvensiya uşaqların hüquqlarını təmin edən, uşaq hüquqlarına dair bütün məsələləri bir yerə cəmləşdirən universal kodeksdir.

Uşaq hüquqlarının öyrənilməsi məqsədi ilə keçirilən təlimlər interaktiv məşğələlər şəklində aparılıb. Şagirdlər öz fikirlərini sərbəst ifadə etməyi bacarıblar.

Məktəbin direktoru Mehriban Əlizadə "Nur" Uşaq və Gənclər İctimai Birliyinin sədrinə və üzvlərinə belə bir tədbirin təşkilinə görə təşəkkür edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov